Natiq nitqi

1.Çoxsaylı auditoriyaya yönəlmiş müraciət, yaxud nitq. Buna görə də o xüsusi keyfiyyət tələb edir: müəyyən və bərabər səsin təmin olunması, xüsusi sintaktik quruluş, xüsusi leksik vasitələr və s. 2. Kollektiv dinləyiciyə ünvanlanmış məhsuldar nitq, o sinxron, yaxud ardıcıl tərcümə olunur.
Nağıl
Natiq nitqinin tərcüməsi
OBASTAN VİKİ
Gettysburg nitqi
Gettysburg nitqi, Amerika Birləşmiş Ştatlarının prezidenti, Abraham Linkoln tərəfindən Amerika Birləşmiş Ştatları tarixindəki ən məşhur çıxışlardan biridir. Amerika vətəndaş müharibəsi dövründə Konfederasiya qüvvələrinin Gettysburg döyüşündə Birlik Qüvvələri tərəfindən məğlub edilməsindən dörd ay yarım sonra, 19 noyabr 1863-cü il Cümə axşamı günü Pensilvaniya ştatının Gettysburg şəhərində Gettysburg Milli Qəbiristanlığının açılışı zamanı söylənilmiş olan bir nitqdir. == Nitq mətni == 87 il əvvəl əcdadlarımız bütün insanların bərabər olduqları prinsipinə inanaraq bu qitədə yeni bir millət yaratdılar. İndi biz hal-hazırda bu əsasda qurulmuş hər hansı bir millətin yaşaya bilib-bilməyəcəyini yoxlayan böyük bir vətəndaş müharibəsindəyik. İndi böyük bir toqquşmanın baş verdiyi bir ərazidəyik. Biz buraya buranın bir hissəsini bu millətin yaşaması üçün canını verənlərə son bir istirahət yeri olaraq təqdim etmək üçün gəldik. Digər tərəfdən, bu diyarı xeyir-dua verərək müqəddəsləşdirməyimiz və ya müqəddəs etməyimiz mümkün deyildir. Burada döyüşərək canlarını qurban verən insanlar bu məkanı o qədər müqəddəs etmişdirlər ki, ona bir şey əlavə etmək və ya ondan çıxartmaq bizim imkanlarımız xaricindədir. Dünya burada dediklərimizə az əhəmiyyət versə də, insanların burada nə etdiklərini heç vaxt unutmayacaqdır. Burada bundan belə özlərini həsr etmiş olanlar sağ qalanlardır.
Həmid Nitqi
Həmid Nitqi (2 sentyabr 1920, Təbriz – 16 iyul 1999, Birləşmiş Krallıq) — azərbaycanlı professor, hüquqşünas, pedaqoq, şair, dilçi və ədəbiyyatşünas alim. İranda müasir ictimaiyyətlə əlaqələr elminin banisi == Fəaliyyəti == Həmid Nitqi 1920-ci ildə Təbrizdə anadan olub.1979-cu il İran İslam İnqilabından sonra Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli, Kərim Məşrutəçi (Sönməz) ilə birlikdə Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. == Ölümü == Həmid Nitqi 1999-cu ildə uzun sürən xəstəlikdən sonra Böyük Britaniyada vəfat etmiş, İstanbulun Zəncirli quyu qəbiristanlığında dəfn edilmişdir. == Dr. Həmid Nitqi mükafatı == İranın Beynəlxalq İctimaiyyətlə Əlaqələr Konfransının, təsis etdiyi Dr. Nitqi elmi mükafatı, inkişaf və inkişafda təsirli olan insanların, elmi, tədqiqat və yenilikçi səylərini qiymətləndirmək məqsədilə iki səviyyədə, yəni milli və beynəlxalq səviyyədə verilir. Milli səviyyədə Nitqi mükafatını alanlar arasında Abdullah Jasbi, Məhəmməd Bağır Qalibaf və İran İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri və İranın İctimaiyyətlə Əlaqələr Birliyinin İdarə Heyətinin üzvü Mirzə Baba Mütəhərinejadı göstərmək olar. Həmçinin beynəlxaq səviyyədə bu mükafata layiq görülən alimlərdən, İranda müasir əlaqələndirmə elminin banisi Kazım Mötəmednejad, İranda İnformasiya Texnologiyaları banisi Əli Əkbər Cəlali və Merilend Əlaqələndirmə Universitetinin imtiyazlı professoru Ceyms Qraniqin adını göstərmək olar. == Kitabları == Həmid Nitqi (Aytan). Seçilmiş əsərləri.
Müəllif nitqi
Müəllif nitqi — Bədii əsərlərdə müəllifin dilindən yazılan parçalar, obrazların, personajların danışığında işlənməyən parçalar.
Kralın nitqi
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Qəzənfəroğlu — Bəstəkar. Kino bəstəkarı. Natiq Rəsulzadə — Natiq Həsənov — Videomühəndis. Videotəminatçı. Natiq Fərzəliyev — Aktyor Natiq Qədimov — Aparıcı. Müxbir. Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Rüstəmov — şəhid.
Günel Natiq
Günel Natiq (Günel Natiq qızı Natiq; 12 mart 1980, Bakı) — azərbaycanlı yazıçı, esseist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin (2005) və Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvü, Prezident təqaüdçüsü (2019). == Həyatı == Günel Natiq 1980-cı il martın 12-də Bakıda ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirib. == Fəaliyyəti == === Jurnalist kimi fəaliyyəti === Azərbaycan Radiosunun tarixində ən gənc redaktor (17 yaşında) olan Günel Natiq radioya gəldiyi ilk illərdən orijinal üslubu, özünəməxsus ifadə tərzilə seçilib və öz dinləyici auditoriyasını qazanıb. Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir. AzTV-nin rəsmi jurnalında "Qərib axşamlar" haqqında xüsusi reportaj (2011) hazırlanıb. "Qərib axşamlar" ilk illərdə qaçqın və köçkünlərin həyatına dair radio hekayələr formatında efirə verilib. Sonrakı illərdə proqramın formatı dəyişməsə də, qəhrəmanları dəyişib. Azərbaycan və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyilə fərqli rakursdan təqdim edilib. 90-cı illərdən başlayaraq "Gündoğandan-günbatana" verilişinə müəlliflik edən Günel Natiq türkçülüyün təbliğində rol oynayan silsilə proqramlar (qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələri haqqında) hazırlayıb.
Natiq (ad)
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Qəzənfəroğlu — Bəstəkar. Kino bəstəkarı. Natiq Rəsulzadə — Natiq Həsənov — Videomühəndis. Videotəminatçı. Natiq Fərzəliyev — Aktyor Natiq Qədimov — Aparıcı. Müxbir. Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Rüstəmov — şəhid.
Natiq Allahverdiyev
Natiq İsa oğlu Allahverdiyev (18 may 1973, Culfa rayonu) — AMEA prezidentinin İqtisadi məsələlər üzrə müşaviri, "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərini icra edir. == Həyatı və təhsili == Azərbaycan Respublikası Naxçıvan MR-nın Culfa rayonunun Bəyəhməd kəndində dünyaya göz açmışdır. Ailəlidir. Orta təhsil gimnaziyasını bitirdikdən sonra Nasxçıvan Muxtar Respublikasının aqronomçuluq üzrə texnikomunu 1991-ci ilədək təhsil almışdır. Bir müddət sonra 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə qəbul olmuş və 2004-cü ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. 2004-2006-cı illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində qırmızı diplomla magistr dərəcəsinə yiyələnmişdir. == Əmək fəaliyyəti == 1995—2001 Biologiya elmlərinin yeni sahələrinin inkişafı fondunda işlər müdiri; 2002 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Nəsimi rayon şöbəsinin baş mütəxəssisi; 2002-ci ildən Yeni qlobal dünya iqtisadiyyatının əməkdaşlıq layihəsi üzərində çalışır.
Natiq Aslan
Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; 1 fevral 1962, Yevlax rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. == Əsas rolları == Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy) == Filmoqrafiya == Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!?
Natiq Atakişiyev
Natiq Atakişiyev (15 fevral 1939, Bakı) — professor, azərbaycanlı fizik, riyaziyyatçı, əməkdar elm xadimi. == Həyatı == Natiq Atakişiyev 1939-cu il fevralın 15-də Bakıda anadan olub. Atası – Atakişiyev Məmməd Atakişi oğlu – orta məktəb müəllimi, anası – Mehdiyeva Nərgiz Abulxalıq qızı – 1 saylı Bakı şəhər poliklinikasında həkim işləmişdir. 1956-cı ildə 6 sayli Bakı şəhər orta məktəbini bitirərək, həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Natiq Atakişiyev 1961-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Azərbaycan SSR Elmlər Akademiyasının Fizika institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə, Azərbaycan SSR Elmlər Akademiyasında aspiranturaya daxil olaraq, 1964–1967-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilmişdir. Aspiranturanı bitirdikdən sonra, 1967–1972-ci illlərdə, Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.1971-ci ildə Rusiyada Serpuxov adına Fizika İnstitutunda "Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1972–1983-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1973–1974-cü illər ərzində ABŞ-nin Nyu-York Kolumbiya Universitetində 10 ay müddətində elmi-tədqiqat işləri həyata keçirmişdir.
Natiq Axund
Natiq Axund (15 fevral 1975, Lənkəran) — azərbaycanlı kino-rejissor, prodüsser, ssenarist və aktyor. == Həyatı == Natiq Namiq oğlu Axundov 15 fevral 1975-ci ildə Azərbaycan SSR-in Lənkəran şəhərində musiqiçi ailəsində anadan olub. Lənkəran şəhər 1 nömrəli məktəbdə təhsil almış, 1994-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. Humanitar fakültəsində, Tarix ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən ictimai, ölkədə tanınmış şən və hazırcavablar klubu (kvn) olan "Lumu" komandasının kapitanı olmuşdur. 1998-ci ildə LDU-nu bitirmiş, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino fakültəsinin "Kinorejissorluq" ixtisasına daxil olub. Kurs rəhbəri kinorejissor Eldar Quliyev olub. 1998-ci ildən etibarən Bakıda yaşamış və rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışmağa başlayıb.
Natiq Ağamirov
Natiq Ağamirov — hüquqşünas, Avropa Azərbaycanlıları Konqresinin Prezidentlərinin Məşvərət Şurasının üzvü, "Tərəqqi" medalı laureatı. == Həyatı və fəaliyyəti == Natiq İsmayıl oğlu Ağamirov 1958-ci il noyabrın 6-da Ağdam rayonunda anadan olmuşdur. Ali məktəbi bitirdikdən sonra Azərbaycan ədliyyə orqanlarında işləmişdir. 1983-cu ildə Rusiya Federasiyasının ədliyyə orqanlarına - Moskva Vilayəti uzrə Ədliyyə İdarəsinə kecirilmiş, orada idarənin məsləhətçisi, baş mutəxəssisi - notariat şöbəsinin rəisi işləmişdir. 1990-cı ildən Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə – Huquqi Yardım İdarəsinin İdarəsinin baş mütəxəssisi vəzifəsinə kecirilmişdir. 1991-ci ildə RSFSR Ədliyyə Nazirliyinin İdarə rəisinin müavini – hüquqi yardımın təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.1991-ci ildən Rusiya notariuslarının birinci təsis qurultayında Rusiya Notariusları Assosiasiyasının sədri, 1992-ci ildə isə Ümumrusiya Peşəkar Notariusları İttifaqı Mərkəzi Şurasının sədri secilmişdir. Huquq nəzəriyyəsi və hüquq tətbiqi fəaliyyəti sahəsində bir sıra elmi məqalələrin və yazıların muəllifidir. Rusiya Federasiyası Məhkəmə və notariat sistemi islahatının təşəbbüskarlarından biridir. Siyasi və hüquq elmləri namizədir. Ümumrusiya Azərbaycan Konqresi İqtisadi İnkişaf Fondunun İdarə Heyətinin sədridir.
Natiq Baxşəliyev
Natiq Saleh oğlu Baxşəliyev (7 iyul 1980, Bakı – 20 oktyabr 2020, Ərgünəş, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Baxşəliyev 1980-ci il iyulun 7-də Bakı şəhərində anadan olub. Baxşəliyev Natiq 1986-cı ildə Bakı şəhəri, Yasamal rayonu 167 saylı orta məktəbin 1-ci sinfinə getmiş və 1997-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin Avtomexanika fakültəsinə daxil olmuşdur. Universiteti 2001-ci ildə bitirərək, elə həmin ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 avqust 2001-ci il tarixli əmri ilə "Leytenant" rütbəsi almış və motoatıcı taborun minaatan batareyasının taqım komandiri — Batareyanın Baş zabiti vəzifəsinə təyin edilərək hərbi xidmətə çağırılmışdır. Vaxt tamamında, 2003-cü ildə N saylı hərbi hissədən tərxis olunub, ehtiyata buraxılır. Natiq Baxşəliyev 2007-ci ildə ailə həyatı qurub. 2009-cu il təvəllüdlü Yunus adlı bir oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Natiq Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Natiq Baxşəliyev oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı Ərgünəş dağı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Natiq Bağırov
Natiq Nadir oğlu Bağırov (7 sentyabr 1964, Bakı) — sambo və dzu-do uzrə 7 dəfə dunya, 8 dəfə Avropa cempionu, Belarusun Əməkdar idman ustası == Həyatı == 1964-cu il sentyabrın 7-də Bakı şəhərində anadan olmuşdur. 1971-1981-ci illərdə Bakı şəhəri 211 saylı orta məktəbdə təhsil almışdır. 1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft mədənləri fakultəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu bitirmişdir. 1983-cu ildə SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 1986-1987-ci illərdə “Qiproneftqaz” ETİ-də muhəndis vəzifəsində calışmışdır. 1987-ci ildə Belarus Respublikasının İdman Komitəsinin dəvəti ilə Minsk şəhərinə kocmuş, orada idmancı və məşqci kimi fəaliyyət gostərmişdir. İdman Nazirliyində mutəxəssis vəzifəsində calışmışdır. 1992-1993-cu illərdə İtaliyada məşqci kimi fəaliyyət gostərmişdir. 1995-ci ildə Belarus hokuməti tərəfindən Əməkdar idman ustası adı ilə təltif olunmuşdur. 1996-1997-ci illərdə Xorvatiyada işləmiş, sambo və dzu-do uzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu olmuşdur.
Natiq Camalov
Natiq Yunis oğlu Camalov - Tabur komandiri, baş leytenant. Sırxavənd kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. Kərbəlayi Miralılar nəslindəndir. == Həyatı == Natiq Yunis oğlu Camalov 1957-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuşdur. Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil almışdır. == Döyüş yolu == Azərbaycana qarşı ərazi iddiasında olan mənfur qonşularımız havadarlarının himayəsi ilə Qarabağda fitnə-fəsad törədəndə Kərbəlayi Miralılar nəslinin qəhrəman övladı olan Tabur komandiri baş leytenant Natiq Camalov silahdaşları ilə vətənimizin hər qarışı uğrunda xain düşmənlə döyüşdü. Göstərdiyi qəhrəmanlıqlarla döyüş yoldaşları arasında hörmət, etibar qazandı. Natiq Camalov 15 iyun 1992-ci ildə Sırxavənd kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. == Mənbə == Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı.
Natiq Cavadov
Natiq Hacı oğlu Cavadov (8 mart 1955, Əliağalı, Ağdam rayonu) — Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şuranın üzvü. == Həyatı == Natiq Cavadov 8 mart 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi bitirmiş, elə həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 1978-2003-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində texnik, böyük texnik, mühəndis, böyük mühəndis, aparıcı mühəndis, partiya komitəsinin katibi, daha sonra Ağdam Mexaniki və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodlarının direktoru işləmişdir. 2003-cü ildən 2019-cu ilədək Azərbaycan Respublikası "Sənayeavtomatika" İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışmışdır. 2019-cu ildən etibarən Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorudur. 18 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Elmi fəaliyyəti == Natiq Cavadov 1997-ci ildə texnika elmləri namizədi, 2007-ci ildə texnika elmləri doktoru elmi adlarını almışdır. 2008-ci ildən Azərbaycan Texniki Universitetinin professoru, həmçinin Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının akademikidir.
Natiq Cəfərli
Natiq Cəfərli (22 fevral 1972, Borçalı mahalı) — Azərbaycan iqtisadçısı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü. == Həyatı == 1972-ci ildə Borçalıda doğulub.2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisi olmuş, hazırda isə Respublikaçı Alternativ Partiyasının icraçı katibidir.
Natiq Eyvazov
Natiq Eyvazov (2 noyabr 1970, Füzuli) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 1993-cü il Avropa Çempionatının qalibi. == Karyerası == Natiq Eyvazov 1993-cü ildə İstanbul şəhərində baş tutan Avropa Çempionatının qızıl medalına sahib oldu. Bununla da Natiq Eyvazov güləş üzrə Avropa Çempionatının qalibi olan birinci Azərbaycan idmançısı oldu. Həmin il İsveçdə baş tutan Dünya Çempionatını isə Natiq Eyvazov dördüncü pillədə başa vurdu.1994-cü ildə Natiq Eyvazov Afina şəhərində (Yunanıstan) baş tutan Avropa Çempionatını 12-ci pillədə başa vursa da, Tampere şəhərində (Finlandiya) baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu.1995-ci ildə isə Natiq Eyvazov medala sahib ola bilmədi. Bezanson şəhərində (Fransa) Avropa Çempionatını beşinci, Praqa şəhərində (Çexiya) Dünya Çempionatını isə 14-cü pillədə başa vuran Natiq Eyvazov 1996-1997-ci illərdə Avropa Çempionatlarında uğursuzluqla üzləşdi. Natiq Eyvazov 1996-cı ildə Macarıstanda baş tutan turnirdə 24-cü, 1997-ci ildə Finlandiyada baş tutan turnirdə isə altıncı pillələrin sahibi oldu.Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Natiq Sulduz oğlu Eyvazov "Tərəqqi" medalı ilə təltif edildi.Daha sonra Natiq Eyvazov 1998-ci ildə Belarusda Avropa Çempionatının gümüş, 1999-cu ildə Bolqarıstanda Avropa Çempionatının isə bürünc medallarına sahib oldu. Dörd ildən sonra mübarizə apardığı Dünya Çempionatını isə o, onuncu pillədə başa vurdu.2000-ci ilin yanvar-fevral ayları ərzində Natiq Eyvazov üç dəfə Dünya Olimpiya Təsnifat Turnirlərində mübarizə apardı və nəticədə Sidney Olimpiadasına lisenziyaya sahib oldu. Natiq Eyvazov qrup mərhələsinin birinci görüşündə Yeni Zelandiya nümayəndəsi Yoham Pellev ilə üz-üzə gəldi. Həmin görüşdə Natiq Eyvazov rəqibi üzərində 10:0 hesabı ilə inamlı qələbə qazandı. Növbəti görüşdə onun rəqibi Dünya Çempionatının alibi Kuba nümayəndəsi Lazaro Rivas oldu.
Natiq Fərzəliyev
Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; 1 fevral 1962, Yevlax rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. == Əsas rolları == Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy) == Filmoqrafiya == Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!?
Natiq Fərəcullazadə
Natiq Nadir oğlu Fərəcullazadə (d. 24 yanvar 1960, Bakı) — Azərbaycan boyakarı, heraldika ustası, Azərbaycanın əməkdar rəssamı (2018). == Həyatı == Natiq Fərəcullazadə 24 yanvar 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1984-cü ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Natiq Fərəcullazadə əsasən rəngkarlıqla məşğul olur. O, bir müddət Türkiyədə fəaliyyət göstərmişdir. 2003-cü ildə Ankarada yaradılmış "Disney qəhrəmanları parkı"nın bədii kompozisiyasının müəlliflərindən biri və bu şəhərdə yerləşən "Şeraton" mehmanxanasının relyef dekorativ kompozisiyasının müəllifi olmuşdur.Natiq Fərəcullazadənin yaradıcılığında realizmdən modernizmə doğru yönəlmə mühüm yer tutur. Onun "Qırmızı çətirli qız", "Çəmənlikdə", "Yorğunluq", "Xəyallar", "Səhər", "Kitabxanaçı", "Hörüklü qız", "Əbədi payız", "Abşeron qadınları", "Ruhlara dua", "Sevgi", "Şəhid önündə", "Həyat və təbiət", "Uzaq sahillərdə", "Abşeron motivi", "Söhbət", "Yağışlı gün" və s. əsərləri bu sinifə daxildir.Rəssamın yaradıcılığının sonrakı illərində heraldika xüsusi yer tutmuşdur.
Natiq Gülməmmədov
Natiq Gülməmmədov (10 iyun 1955, Naxçıvan Muxtar Respublikası – 19 noyabr 2022) — Azərbaycanın tanınmış teatr xadimi. A. Şaiq adına Azərbaycan Kukla Teatrının keçmiş direktor müavini. == Həyatı == Gülməmmədov Natiq Məmməd oğlu 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "mədəni maarif" fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirmişdir. == İş fəaliyyəti == 1973–1979-cu illərdə Naxçivan Dram Teatrında müxtəlif sahələrdə işləmişdir. 1980–1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988–1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997–2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003–2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010–2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışmışdır. 2016-cı ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdur. 2016-cı il dekabr ayında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və həmin ay Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin edilib. 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxıb.
Natiq Həsənov
Natiq Həsənov (1 noyabr 1977) — Azərbaycanlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir. Natiq Həsənov dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2002 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Natiq Həşimov
Natiq Həşimov (tam adı: Natiq Canəli oğlu Həşimov; 1 dekabr 1974; Masallı, Azərbaycan SSR — 24 mart 1995; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi. == Həyatı == Natiq Həşimov 1974-cü ilin 1 dekabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasının Masallı rayonunun Hişkədərə kəndindən anadan olub. Hişkədərə kəndində yerləşən orta məktəbi bitirdikdən sonra bir müddət Qazaxıstan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmuşdur. 24 may 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə başlamışdır. 1995-ci ilin 24 mart tarixində Azərbaycan Respublikası Ağdam rayonunu Mərzili kəndi yaxınlığında düşmən təxribatının qarşısını alarkən şəhid olmuşdur.
Natiq Mahmudov
Natiq Ramazan oğlu Mahmudov (2 fevral 1998; Muxax, Zaqatala rayonu — 26 dekabr 2020; Bakı şəhəri, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Mahmudov 1998-ci il fevralın 2-də Zaqatala rayonunun Muxax kəndində anadan olub. 2004-2015-ci illərdə A.Bubuşov adına Muxax kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Natiq Mahmudov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Natiq Mahmudov noyabrın 5-də Şuşanın azad edilməsi zamanı ağır yaralanıb. Uzun müddət Respublika Neyrocərrahiyə Xəstəxanasında komada qalıb. Dekabrın 26-da şəhid olub.
Natiq Məmmədbəyli
Natiq Vahid oğlu Məmmədbəyli (18 iyul 1993; Şağan, Xəzər rayonu, Bakı, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Məmmədbəyli 18 iyul 1993-cü ildə Xəzər rayonunun Şağan qəsəbəsində anadan olmuşdur. 1999–2010-cu illərdə orta təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra avtoservislərdə təcrübə keçmiş və çilingər olaraq çalışmışdır. == Hərbi xidməti == Natiq Məmmədbəyli 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətinə başlamışdır. Murovdağ silsiləsində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2013-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Natiq Məmmədbəyli 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Natiq Məmmədbəyli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən hərbi əməliyyatlarda vuruşmuşdur.
докосми́ческий заслони́ться лжепроро́чество нра́вно обедне́лый перека́пчивание помере́кать экваториа́льный безве́рхий заню́нить ма́товый токка́та галиот зрак комис cattleman field ambulance mordent punchboard shepherdess twifold within-named брандвахта обменяться сиять